Xəzər Xəbər

Bakıda avtobus qəzası: Ölən var

Hadisə | 15:14 • 21 Dekabr 2019
Bakıda avtobus qəzası: Ölən var

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, Maştağa qəsəbəsi ərazisində "Daewoo” markalı xətt avtobusu ilə yolun kənarı ilə velosiped sürən qəsəbə sakini Roman Nəsibov vurulub.

Sürücü nəqliyyat vasitəsindən düşərək hadisə yerini tərk edib

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Nəsibov orada ölüb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini X.Novruzov saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti