Xəzər Xəbər

Bakıdakı mikroavtobus qəzası ilə bağlı RƏSMİ MƏLUMAT – ÖLƏNLƏR VAR

Hadisə | 14:17 • 19 Dekabr 2019
Bakıdakı mikroavtobus qəzası ilə bağlı

Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ rayonu ərazisində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 18-də saat 10 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini İ.Əhmədov idarə etdiyi "Mercedes-903” markalı mikroavtobusu aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən - Hacıqabul rayon sakinləri Fikrət Vəliyev hadisə yerində, Vahid Nəcəfov xəstəxanaya aparılarkən yolda ölüb, daha iki sərnişin isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar