Xəzər Xəbər

Bakıda ŞOK OLAY: Sabirabad sakini gecəyarısı polisi ayağa qaldırdı

Hadisə | 15:07 • 19 Dekabr 2019
Bakıda ŞOK OLAY:

Paytaxtın Nəsimi rayonunun Asif Məhərrəmov küçəsindəki marketlərin birindən oğurluq edilib.

Naməlum şəxs gecə saatlarında mağazanın qapısını sındırıb içəri daxil olaraq oradan 550 qutu müxtəlif növ tütün məmulatları və içərisində 1923 manat olan seyfi götürərək hadisə yerindən uzaqlaşıb.

Gecə saatlarında həmin şəxsin şübhəli davranışları və əlindəki oğurlanmış siqaret qutuları polislərin diqqətini cəlb etdiyindən o, Binəqədi rayonu ərazisində rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 7-ci polis bölməsinə gətirilib və həmin şəxsin Sabirabad rayon sakini B.İsmayılov olduğu müəyyən edilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə o, əlindəki siqaret qutularını Nəsimi rayonundakı həmin mağazadan oğurladığını etiraf edib.

B.İsmayılovun qeyd edilən obyektdən oğurladığı seyfin də yeri polislər tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.

Araşdırma zamanı B.İsmayılovun Binəqədi rayonu ərazisində yerləşən binalardan birinin həyətindən ipdən asılmış paltarlar və pərdələr oğurladığı da məlum olub.

Saxlanılan şəxs barəsində 7-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Nəsimi rayon Polis İdarəsinə göndərilib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər./teleqraf

Xəbər lenti