Xəzər Xəbər

Sosial müavinət və işə düzəltmək adıyla 12 nəfərdən külli miqdarda pul aldılar

Hadisə | 13:31 • 2 Dekabr 2019
Sosial müavinət və işə düzəltmək adıyla

Bir qrup vətəndaşı aldadaraq onlardan ümumilikdə 10.850 manat almış Saatlı rayon sakini tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, 2018-ci ilin dekabr ayında Saatlı rayon sakini B.Qədirovun işə düzəltmək adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 10.850 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Qədirov saxlanılıb.

Bundan başqa cari ilin mart ayında Bakı şəhər sakini M.Məmmədovun sosial müavinət düzəldəcəyi adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 19.800 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

Xəbər lenti