Xəzər Xəbər

Sabirabadda ev yanıb, bir nəfər xəsarət alıb

Hadisə | 17:55 • 19 Noyabr 2019
Sabirabadda ev yanıb, bir nəfər xəsarət alıb

Sabirabad rayonunda güclü yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli evdə qeydə alınıb. Nəticədə 4 otaq və aynabənddən ibarət evin 110 kvadratmetri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar