Xəzər Xəbər

Narkoman övlad anasına 11 bıçaq zərbəsi vurdu, telefonunu oğurlayıb qaçdı

Hadisə | 12:52 • 19 Noyabr 2019
Narkoman övlad anasına 11 bıçaq zərbəsi vurdu, telefonunu oğurlayıb qaçdı

Türkiyənin İzmir şəhərində oğul anasını ölümcül yaralayıb.

Bornova rayonunda yaşayan 43 yaşlı Esma S. ilə oğlu Məhəmməd D. arasında mübahisə düşüb.

"CNNTürk”ün xəbərinə görə, Məhəmməd D. anası Esma S.-ə11 bıçaq zərbəsi endirib.

Anasını ölümcül yaraladıqdan sonracinayətkar oğul onun mobil telefonunu da oğurlayaraq evdən qaçıb.

Qan içində qalan qadını qonşuları tapıb.

Xəstəxanaya yerləşdirilən Esma S.-nin vəziyyəti ağırdır.

21 yaşlı Məhəmmədin narkotik maddə aludəçisi olduğu bildirilir.

Polis cinayətkarı axtarır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti