Xəzər Xəbər

Yevlaxda “Jiquli” camışa çırpıldı Heyvan öldü, sərnişinlər yaralandılar

Hadisə | 15:23 • 4 Noyabr 2019
Yevlaxda “Jiquli” camışa çırpıldı

Yevlax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yevlaxın Tanrıqullar kəndi ərazisində qeydə alınıb.

"VAZ-2106” markalı avtomobil qəfil qarşısına çıxan camışı vurub. Yolda hərəkətdə olan digər minik maşını da heyvana çırpılıb.

Qəza zamanı "VAZ-2106”da olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir xəstəxanasına yerləşdirilib. Qəza zamanı ağır xəsarət alan iri buynuzlu heyvan ölüb.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər lenti

Çox oxunanlar