Xəzər Xəbər

Abşeronda marşrut avtobusu qadını vururaq öldürüb

Hadisə | 14:47 • 4 Noyabr 2019
Abşeronda marşrut avtobusu qadını vururaq öldürüb

Abşeronda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumatına görə, noyabrın 3-də saat 12 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Yalçın Məlikov idarə etdiyi "İsuzu” markalı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Gülcahan Məmmədovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.


Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar