Xəzər Xəbər

Keçmiş məhkum qıfılı sındırıbe və girdi - BAKIDA

Hadisə | 12:20 • 7 Oktyabr 2019
Keçmiş məhkum qıfılı sındırıbe və girdi - BAKIDA

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Mustafayev evindən oğurluq edildiyini bildirib.

XəzərXəbər Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, müraciətlə əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. Evdən qapının qıfılını sındırmaq yolu ilə 800 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ə.Şıxəliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar