Xəzər Xəbər

Binəqədi polisi bu şəxslə bağlı vətəndaşlara müraciət etdi

Hadisə | 12:40 • 24 Sentyabr 2019
Binəqədi polisi bu şəxslə bağlı vətəndaşlara müraciət etdi

Binəqədi rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi və 43-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş paytaxt sakini Raci Meybullayev saxlanılıb.

XəzərXəbər xəbər verir ki, həmin şəxs Binəqədi qəsəbəsində 9 fərdi yaşayış evindən oğurluqlar edib.

Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb.

Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı toplanan materiallar Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bu şəxsin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa Binəqədi rayon Polis İdarəsi və ys 43-cü polis bölməsinə müraciət edə bilərlər.


Xəbər lenti

Çox oxunanlar