Xəzər Xəbər

Balakəndə it dörd yaşlı uşağın dodağını qopardı

Hadisə | 12:42 • 13 Sentyabr 2019
Balakəndə it dörd yaşlı uşağın dodağını qopardı

Balakəndə it uşağın dodağını qoparıb.

Hadisə axşam saatlarında rayonun Talalar kəndində baş verib.

Kənd sakini, 2015-ci il təvəllüdlü Onur Abdullayevi yaşadığı evin həyətində it dişləyib. Dörd yaşlı uşaq dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O.Abdullayevə üst dodağın it dişləməsi diaqnozu qoyulub, lazımitibbi yardım göstərilib və quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.

Xəbər lenti