Xəzər Xəbər

Bakıda kafedə cinayət – BIÇAQLAYIB ÖLDÜRDÜLƏR

Hadisə | 14:39 • 5 Sentyabr 2019
Bakıda kafedə cinayət

Bakıda qətl törədilib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 3-də Binəqədi rayonu ərazisindəki kafelərin birindən Saatlı rayon sakini Əflan İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Aparılmış istintaq, əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş T.İsmayılov könüllü olaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gələrək istintaqa təslim olub.

Araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar