Xəzər Xəbər

Hirkan Milli Parkında yanğın

Hadisə | 14:38 • 20 Avqust 2019
Hirkan Milli Parkında yanğın

Bu gün Lerik rayonunun Yuxarı Təngivan kəndi ilə sərhəddə, Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb.

XəzərXəbər xəbər verir ki, bu barədə jurnalistlərə Ekologiya və Təbii Sərvətlət Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, hazırda hadisə yerinə milli parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar