Xəzər Xəbər

Avtobusların toqquşması Bakıda tıxac yaratdı - FOTO

Hadisə | 09:52 • 8 Avqust 2019
Avtobusların toqquşması Bakıda tıxac yaratdı -

Bakı-Sumqayıt yolunda qəza tıxaca səbəb olub.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında Xırdalan dairəsi adlanan ərazidə turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusunun toqquşması nəticəsində zəncirvari qəza baş verib

Hadisə zamanı Bakı-Sumqayıt yolu bağlanıb, Xırdalan dairəsi ərazisində avtomobillərin tıxacı yaranıb,

Qəza nəticəsində ölən olmayıb, yüngül xəsarət alanlar var. Hazırda qəza törətmiş avtomobillər ərazidən evakuasiya olunur.

Xəbər lenti

Çox oxunanlar