Xəzər Xəbər

Bakıda güclü külək ağacı bankomatın üzərinə aşırdı

Hadisə | 13:03 • 5 Avqust 2019
Bakıda güclü külək ağacı bankomatın üzərinə aşırdı

Hazırda Bakıda müşahidə edilən güclü külək müəyyən fəsadlar törədib.

Səhər saatlarında paytaxtın Yasamal rayonunda ağac qırılıb.

Hadisə Azərbaycan Milli Elmlər Akademiyasının həyətində qeydə alınıb. Belə ki, güclü küləyin təsiri nəticəsində ağac qırılaraq binanın yaxınlığında yerləşən bankomatın üzərinə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da bankomata ziyan dəyib. (trend)

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar