Xəzər Xəbər

Bakıda 20 yaşlı qızı qaçırıb ölümcül hala saldılar ŞOK CİNAYƏT

Hadisə | 16:53 • 4 Avqust 2019
Bakıda 20 yaşlı qızı qaçırıb ölümcül hala saldılar

Bakıda kişi on gün əvvəl evlənmək məqsədilə qaçırdığı xanımı ölümcül döyüb.

"Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, hələlik adı məlum olmayan şəxs 1999-cu il təvəllüdlü İbrahimova Suzanna Adil qızının baş nahiyəsinə yumruqla çoxsaylı zərbələr endirib. Aldığı zərbələrdən İ. Suzanna huşunu itirib.

Zərərçəkən hadisə yerinə çağrılan təcili tibbi yardım əməkdaşlarının köməkliyi ilə xəstəxanaya gətirilib. Həkimlərin müayinəsindən sonra 20 yaşlı gənc xanıma qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Xəbər lenti

Çox oxunanlar