Xəzər Xəbər

Bakının mərkəzində quldurluq – Küt alətlə vurub pul və telefonunu aldılar

Hadisə | 15:34 • 29 İyul 2019
Bakının mərkəzində quldurluq

Bakıda quldurluq hadisəsi baş verib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 27-də Bakı şəhər sakini Ş.Quliyevə küt alətlə xəsarət yetirib 350 manat pul və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri İ.Qurbanov, E.Bəhmənli, Şəki şəhər sakini A.Əliyev və Gəncə şəhər sakini F.Məmmədov saxlanılıb.

İ.Qurbanovun və F.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların daha bir nəfəri döyüb 50 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almaları da müəyyən edilib.

Xəbər lenti

Çox oxunanlar