Xəzər Xəbər

Astarada həmkəndlisini soyan "zek" tutuldu

Hadisə | 10:35 • 29 İyul 2019
Astarada həmkəndlisini soyan "zek" tutuldu

Astara rayonunda cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, Astara rayonu Hamuşam kənd sakini Ş.Əşrəfov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Maşxan kəndi ərazisində sahəlikdə olarkən əynindən çıxarıb yerə qoyduğu pencəyinin cibindən 612 manat pulun oğurlandığı barədə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını rayonun Hamuşam kənd sakini, əvvəllər məhkum olunmuş İkrəm Mahmudovun törətdiyi müəyyən edilib və o saxlanılıb. Oğurladığı 612 manat götürülərək sahibinə qaytarılırb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti