Xəzər Xəbər

Bakıda avtoyuma məntəqəsindən avtomobil oğurlanıb

Hadisə | 13:41 • 26 İyul 2019
Bakıda avtoyuma məntəqəsindən avtomobil oğurlanıb

Paytaxtda yerləşən avtoyuma məntəqələrinini birindən avtomobil oğurlanıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 25-də Bakı şəhər sakini F.Həsənov Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edərək bildirib ki, həmin gün saat 9 radələrində rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən "Audi” markalı avtomobili qaçırıb.


DİN-in Təhlükəsiz Şəhər Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Ə.Abbasov Biləcəri qəsəbəsi ərazisində avtomobillə birlikdə saxlanılıb.


Fakla bağlı araşdırma aparılır.

Xəbər lenti