Xəzər Xəbər

Bakıda saxta pul satan şəxs saxlanılıb

Hadisə | 12:26 • 20 İyul 2019
Bakıda saxta pul satan şəxs saxlanılıb

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsnin əməkdaşları tərəfindən saxta pul satan şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 19-da rayon ərazisində Bakı şəhər sakini B. Hüseynbəyli 1 ədəd 50 manatlıq və 4 ədəd 100 manatlıq saxta əsginasları 170 manata satarkən saxlanılıb.


Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar