Xəzər Xəbər

Bakıda avtomobildən və evdən oğurluq edən keçmiş məhkum tutulub

Hadisə | 16:24 • 17 İyul 2019
Bakıda avtomobildən və evdən oğurluq edən keçmiş məhkum tutulub

Binəqədi rayonunun Motodrom yeni yaşayış sahəsində Bakı şəhər sakini M.İbrahimova məxsus "VAZ-2107” markalı avtomobildən maqnitofon oğurlanıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Tağıyev Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.


Aparılan əməliyyat tədbirləri ilə onun bu ilin may-iyul ayları ərzində rayon ərazisindəki iki evdən, iki avtomobildən və bir mağazadan pul, məişət əşyası, tütün məmulatı və mobil telefon oğurlaması da müəyyən olunub.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti