Xəzər Xəbər

Bakı-Qazax yolunda "KamAZ" sürücüsünün ölümü ilə bağlı cinayət işi başlandı

Hadisə | 11:18 • 11 İyul 2019
Bakı-Qazax yolunda "KamAZ" sürücüsünün ölümü ilə bağlı cinayət işi başlandı

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, hadisə Bakı-Qazax-Rusiya sərhədi yolunun 147-ci kilometrliyində, yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib. Kəlbəcər rayonundan olan məcburi köçkün, Gəncə şəhərində müvəqqəti məskunlaşan, 1976-cı il təvəllüdlü Ağayev Fikrət Əvəz oğlu idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və eyni istiqamətdə qarşıda hərəkətdə olan 1963-cü il təvəllüdlü Gəncə şəhər sakini Cəlalov Arif Əmrah oğlunun idarə etdiyi "MAZ" markalı dartıcının arxasında olan yarımqoşquya çırpılıb.

Hadisə nəticəsində "KamAZ" markalı yük maşınının sürücüsü yerindəcə keçinib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar