Xəzər Xəbər

Mərdəkan və Novxanıda qəza: Sürücülər hadisə yerindən qaçdı

Hadisə | 13:03 • 4 İyul 2019
Mərdəkan və Novxanıda qəza:

Axşam saatlarında Mərdəkan və Novxanıda piyadaların iştirakı ilə iki qəza baş verib.

Abşeron rayonu Novxanı qəsəbəsindəki hadisədə təxminən, 30-35 yaşlarında kişi ağır yaralanıb.

Zərərçəkmiş dərhal 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb.

Xəzər rayonu Mərdəkan qəsəbəsində isə "Mercedes” markalı minik avtomobili piyada, 2005-ci il təvəllüdlü Novruzov Ağaismayıl Əli oğlunu vurub. Yaralı dərhal ağır vəziyyətdə 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ona bədənin çoxsaylı sıyrılmış-əzilmiş yaraları, bədənin küt travması diaqnozu qoyulub.

Hər iki hadisə zamanı sürücülər ərazidən yayınıb. Onların axtarışları davam etdirilir.

Baş verən hər iki qəza ilə bağlı araşdırma aparılır./oxu.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar