Xəzər Xəbər

Zaqatalada narkotik bağbanı tutuldu

Hadisə | 11:23 • 28 İyun 2019
Zaqatalada narkotik bağbanı tutuldu

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tapılaraq, məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayonu Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Ramazanov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradakı istixanadan 335 ədəd narkotik bitki hesab edilən çətənə kolları və 117 ədəd çətənə bitkilərinin şitilləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti