Xəzər Xəbər

Azərbaycanda toy mərasimində kütləvi dava: bıçaqlananlar var

Hadisə | 10:29 • 19 İyun 2019
Azərbaycanda toy mərasimində kütləvi dava: bıçaqlananlar var

Abşeronun Fatmayı kəndində bıçaqlanma hadisəsi baş verib.

1986-cı il təvəllüdlü Şiriyev Orxan Allahverən oğlu və 1987-ci il təvəllüdlü Əliyev Osman Mirzəbala oğlu öz həyətlərində naməlum şəxs tərəfindən bıçaqlanıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O.Şiriyevə qarının kəsilmiş-deşilmiş yarası, O.Əliyevə isə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hər iki yaralı əməliyyat edilib.

Bildirilir ki, hər iki şəxs evlərinin həyətyanı sahəsində keçirilən toy mərasimində baş vermiş kütləvi dava zamanı bıçaqlanıblar (Report).

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar