Xəzər Xəbər

Füzuli və Samuxda taxıl sahələri yandı

Hadisə | 09:54 • 13 İyun 2019
Füzuli və Samuxda taxıl sahələri yandı

Füzuli rayonunda 2,5 ha biçilməmiş taxıl sahəsi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilir. Qeyd olunur ki, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Həmçinin Samux rayonunun Lək kəndində isə 10 ha biçilmiş və 2 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti