Xəzər Xəbər

Qaradağda “Mercedes” markalı avtomobil qaçırılıb

Hadisə | 12:24 • 21 May 2019
Qaradağda “Mercedes” markalı avtomobil qaçırılıb

Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini R.Cəfərov "Mercedes” markalı avtomobilinin Lökbatan qəsəbəsi ərazisindən qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Şahmərdanov qısa müddətdə Ələt qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti