Xəzər Xəbər

Əlini yumaq istədi, həyatı bahasına başa gəldi Faciəvi ölüm

Hadisə | 16:05 • 28 Aprel 2019
Əlini yumaq istədi, həyatı bahasına başa gəldi

Qazax rayonunda orta yaşlı kişi su kanalına düşərək boğulub.

XəzərXəbər-in məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndi ərazisində, Ağstafa su anbarının yaxınlığında baş verib.

İlkin məlumata görə, Nadir Bağırov ad-soyadlı şəxs ailəsi ilə bir yerdə olub. O, kanalda əlini yuyan zaman ehtiyatsızlıqdan suya yıxılıb və nəticədə boğulub. Meyit tapılaraq sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır./Report/

Xəbər lenti