Xəzər Xəbər

Bakıda evdən silah oğurlayan şəxs tutulub

Hadisə | 12:45 • 22 Aprel 2019
Bakıda evdən silah oğurlayan şəxs tutulub

Paytaxtda oğurluğa görə tutulan şəxsin başqa cinayətlərinin üstü açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumara görə, oğurluq etdiyinə görə tutulan S.Məmmədovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə bu il yanvarın 2-də rayon ərazisindən "Ford” markalı avtomobili qaçırması, habelə fevralın 2-də Bakı şəhər sakini B.İsmayılovla birgə evlərin birindən 1 ədəd "İJ-58” markalı ov tüfəngi və 2 ədəd tir tüfəngini oğurlaması müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri ilə B.İsmayılov da saxlanılıb.


Faktlarla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti