Xəzər Xəbər

Cəlilabadda oğul atasını döyərək öldürdü

Hadisə | 14:18 • 1 Aprel 2019
Cəlilabadda oğul atasını döyərək öldürdü

Martın 30-da saat 2 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində əvvəllər məhkum olunmuş O.Dadaşov yaşadığı evdə münaqişə zəmnində atası Feyzullanı döyərək qətlə yetirib.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb.


Faktla əlaqədar cinayət işi başlanıb.

Xəbər lenti