Xəzər Xəbər

Ağsuda yol uçdu, yeddi kəndlə əlaqə kəsildi

Hadisə | 14:58 • 1 Aprel 2019
Ağsuda yol uçdu, yeddi kəndlə əlaqə kəsildi

Bu gün səhər saatlarında Ağsu - Xanbulaq avtomobil yolundatorpaq uçqunu baş verib.

XəzərXəbər oxu.az-a istinadən xəbər verir ki, rayonun ucqar dağ kəndlərindən olan Xanbulaq kəndinin yaxınlığında yolun bir hissəsi uçub.

Dağın yamac hissəsindən axan torpaq qatı yola tökülüb. Həmin istiqamətdə hərəkətdə olan yük maşını bataraq yolda qalıb.

Hazırda Xanbulaq Hinqar, Girdə, Kəndəxan, Zərqava, Yenikənd və Kövluc kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Ərazi aktiv sürüşmə zolağında yerləşir və sürüşmə davam edir.

Səhər saatlarında kənddən rayona və əks istiqamətdə hərəkətdə olan avtomobilləruçqun səbəbindən yolda qalıb.

Sözügedən yolda 4 nöqtədəsürüşmələr qeydə alınıb.

Hazırda əraziyə texnika cəlb olunub yolun uçqun vurmuş nöqtəsində işlər aparılır.

Torpaq uçqununa intensiv yağışların səbəb olduğu bildirilir.

Xəbər lenti