Xəzər Xəbər

Axtarışda olan İsmayıllı sakini saxlanılıb

Hadisə | 11:21 • 25 Fevral 2019
Axtarışda olan İsmayıllı sakini saxlanılıb

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci (oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.2-ci (təkrar törədildikdə) maddələri ilə axtarılan İsmayıllı rayon sakini Elçin Məmmədov fevralın 23-də Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri ərazisində saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a bildiriblər ki, şaxlanılan şəxs Qəbələ Rayon Polis Şöbəsinə gətirilib və istintaq bölməsinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti