Xəzər Xəbər

Sumqayıt sakini narkotik maddənin təsirindən ölüb

Hadisə | 14:09 • 20 Fevral 2019
Sumqayıt sakini narkotik maddənin təsirindən ölüb

Sumqayıt şəhərinin 13-cü mikrorayonunda "qarajlar" deyilən ərazidə orta yaşlı kişi meyiti aşkarlanıb.


Şəhər Prokurorluğundan AZƏRTAC–a bildirilib ki, hadisə gecə saatlarında baş verib. Meyit aşkar olunan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib.


Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə gətirilib. Məlum olub ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Hüseynov Aslan Qəzənfər oğlu narkotik maddənin təsirindən ölüb.


Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti