Xəzər Xəbər

DSX-dan narkotik əməliyyatı: 3 kq-a yaxın heroin ələ keçirilib

Hadisə | 11:48 • 20 Fevral 2019
DSX-dan narkotik əməliyyatı:
Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Dövlət Sərhəd Xidməti tərəfindən bir sıra uğurlu əməliyyatlarlar keçirilib, narkotik vasitələrin dövlət sərhədindən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb.


DSX-dan XəzərXəbər-ə verilən məlumata görə, 7 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində həyata ke­çirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu­nun ərazisində dövlət sərhədindən narkotik vasitələrin qeyri-qa­nuni gətirilməsi cəhdinin qarşısı alınarkən Masallı rayon sakini 1994-cü il təvəllüdlü Nəzirli Cavad Fikrət oğlu saxlanılıb.


Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kq 720 qr "heroin”, 2763 manat və 3 ədəd mobil telefon aşkar olu­naraq götürül­üb. Həmin cinayətin digər iştirakçısı təqibdən yayınaraq meşə massivində gizlənməyə müvəffəq olub. Qeyd olunan şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


18 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fizəsinin Lənkəran rayonunun Vel kəndinin ərazisində xidmət apa­ran sahil nəzarəti bölməsinin əməkdaşları tərəfindən sahildə kolluq­ların arasında gizlədilən halda 1 kq 85 qr "heroin” aşkarlanaraq götü­rül­üb. Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Naxçıvan şəhərində avtobus yanıb
Naxçıvan şəhərində avtobus yanıb FOTO
10:10 • 20 Sentyabr 2024
Bakıda restoranda yanğın olub
Bakıda restoranda yanğın olub
09:23 • 20 Sentyabr 2024
Bakıda körpünün üzərində iki maşın
Bakıda körpünün üzərində iki maşın YANIB
17:50 • 19 Sentyabr 2024
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib ölən var
19:39 • 14 Sentyabr 2024
Mənzildə meyit aşkarlanıb
Mənzildə meyit aşkarlanıb
11:18 • 12 Sentyabr 2024
Bakıda bir neçə obyektdə yanğın olub
Bakıda bir neçə obyektdə yanğın olub
10:03 • 12 Sentyabr 2024
Müğənni Kərimin toy zamanı döyülməsinin
Müğənni Kərimin toy zamanı döyülməsinin TƏFƏRRÜATLARI
11:35 • 11 Sentyabr 2024

Xəbər lenti