Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏTLİ OLAY Mikroavtobus qadınların üstündən keçdi

Hadisə | 19:50 • 3 Fevral 2019
Azərbaycanda DƏHŞƏTLİ OLAY

İsmayıllı rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Qəbələ sakini idarə etdiyi "Ford" markalı sərnişin mikroavtobusu ilə Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən rayonun Mican kənd sakinləri – 1963-cü il təvəllüdlü Mahmudova Qənirə Afət qızı və 1962-ci il təvəllüdlü Paşayeva Ramilə Dursunəli qızını vurub. Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan Q.Mahmudovanın vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Xəbər lenti