Xəzər Xəbər

Maştağada keçmiş məhkumdan “Steçkin” markalı tapança götürülüb

Hadisə | 11:22 • 18 Yanvar 2019
Maştağada keçmiş məhkumdan “Steçkin” markalı tapança götürülüb

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Bahadur Şirinovdan "Steçkin” markalı tapança, 2 ədəd patron darağı və 33 ədəd patron götürülüb.

Sabirabad RPŞ-nin əməkdaşları Suqovuşan kənd sakini Mansur Zərbəliyevdən müvafiq sənədləri olmayan "BUM” markalı ov tüfəngi götürüblər.

Aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini N.Mahmudov tapdığı lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar