Xəzər Xəbər

“Bibi”ni hakim qarşısına çıxardılar

Hadisə | 13:20 • 25 Dekabr 2018
“Bibi”ni hakim qarşısına çıxardılar

İki büküm heroin və...

Narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən Sənubər Lütfəliyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 28-nə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata əsasən, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman, iki büküm heroin və psixotrop maddə olan "midraks-tropikamin” aşkar olunaraq götürülüb. Saxlanılan şəxs heroini Nəsimi rayonu, "Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan "bibi” ləqəbli şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İ.İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini S.Lütfəliyeva da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb. S.Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Xəbər lenti