Xəzər Xəbər

Çökən yol bərpa edildi

Hadisə | 11:59 • 25 Dekabr 2018
Çökən yol bərpa edildi

Nobel prospektində yaranan çökmə artıq aradan qaldırılıb.

Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli verib. O bildirib ki, hadisə srağagün baş verib və dünən ərazi bərpa olunub:

"Hazırda yolda hər hansı bir çökmə yoxdur. Səbəbi dəqiq bilinmir, haradansa sızan su torpağı yuyub. Hazırda mütəxəssislər bu sızmanın hardan olduğunu aydınlaşdırırlar”.(qafqazinfo.az)

Xəbər lenti

Çox oxunanlar