Xəzər Xəbər

Paytaxtda CİNAYƏTKAR DƏSTƏ saxlanıldı - Evlərə girib...

Hadisə | 22:29 • 3 Noyabr 2018
Paytaxtda CİNAYƏTKAR DƏSTƏ saxlanıldı - Evlərə girib...

Paytaxtın Səbail rayonu ərazisində 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, araşdırmalarla onların Bakı şəhər sakinləri Sudeyf Abbaszadə, Elfan Tağızadə, bir yeniyetmə və Qazax rayon sakini C.Namazova olduqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onların törətdikləri cinayət əməllərinin üstü açılıb.

Belə ki, yeniyetmənin həmin şəxslərlə birgə oktyabrın 10-da və 17-də Nərimanov rayonu ərazisində 2 evdən, oktyabrın 29-da isə Nəsimi rayonu ərazisində 1 evdən suvenirlər, pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti