Xəzər Xəbər

Banka 18 min 900 saxta dollar satmaq istəyən şəxslərə hökm oxunub

Hadisə | 13:33 • 29 Oktyabr 2018
Banka 18 min 900 saxta dollar satmaq istəyən şəxslərə hökm oxunub

Hər üç şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul kəsməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Zhejanq Zin, 1963-cü il təvəllüdlü Meng Lin Çen və Rusiya Federasiyası, Dağıstan Respublikasının vətəndaşı 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər üç şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin şəxslər Yasamal rayonu Şərifzadə küçəsində yerləşən "Rabitə Bank”ın "Yasamal” filialında külli miqdarda - 18 min 900 saxta ABŞ dolları dəyişmək istəyərkən tutulublar.

Onlar maddi subut ilə birgə saxlanılaraq polis idarəsinə təhvil veriliblər.

Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb. (report.az)

Rubrikanın digər xəbərləri

Xəbər lenti