Xəzər Xəbər

Kaşıkçının qətlində adı keçən 15 nəfərdən biri öldü – Müəmmalı qəza

Hadisə | 13:33 • 18 Oktyabr 2018
Kaşıkçının qətlində adı keçən 15 nəfərdən biri öldü

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda jurnalist Camal Kaşıkçını qətlə yetirən 15 nəfərlik komandada yer alan Meşal Saad Əl Bostani Ər-Riyadda yol qəzasında ölüb.

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bostaninin "susdurulmaq” üçün qətlə yetirildiyi istisna edilmir.

Teğmen rütbəsi ilə krallığın Hava Qüvvələrində pilotluq edən Meşalın öldüyü müəmmalı qəzanın yeri və zamanı ilə bağlı məlumat yoxdur.

Eyni zamanda, Bostaninin Kaşıkçı cinayətində hansı rolu oynadığı hələ dəqiqləşməyib. 15 nəfərlik sui-qəsd komandasının digər üzvlərinin də aradan götürülüb-götürülməyəcəyi isə sual olaraq qalır.

Paylaş:

Xəbər lenti