Xəzər Xəbər

Dövlət sərhədini pozan İran vətəndaşları tutuldu

Hadisə | 09:48 • 16 Oktyabr 2018
Dövlət sərhədini pozan İran vətəndaşları tutuldu
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.


DSX-dən XəzərXəbər-ə verilən məlumata görə, 2018-ci ilin 10 oktyabr tarixində saat 02:40 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon Arvana kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə olunub.


Hərbi qulluqçular tərəfindən sərhəd pozucuları saxlanılaraq sərhəd zastavasına gətirilib, onların üzərinə baxış keçirilərkən 1 ədəd qara rəngli əl çantasının içərisində 6 ədəd polietilen bağlamada 5 kq tiryək aşkar edilib.


Saxlanılmış sərhəd pozucularının şəxsiyyəti müəyyənləşdirilib, onların İran İslam Respublikası vətəndaşları - 1990-cı il təvəllüdlü Pənahi İbrahim Əli və 1993-cü il təvəllüdlü Nəravi Mehdi Əhməd olmaları məlum olub. Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar