Xəzər Xəbər

FHN 4 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

Hadisə | 09:16 • 4 Oktyabr 2018
FHN 4 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonu, Mehdili kəndində "Shacman" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.


XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış biri azyaşlı olmaqla 4 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.



Əməliyyat başa çatıb.

Xəbər lenti