Xəzər Xəbər

Sabirabadda "QAZel" yanıb, 2 nəfər xəsarət alıb

Hadisə | 09:25 • 4 Oktyabr 2018
Sabirabadda "QAZel" yanıb, 2 nəfər xəsarət alıb
Sabirabadda "QAZel" yanıb.


FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, rayonun Qalağayın kəndində ümumi sahəsi 180 m² olan talvarın altına yığılmış 1,2 ton pambığın 20 kq, yaxınlıqdakı "QAZel" markalı yük avtomobilinin ban hissəsi və banına yığılmış 800 kq pambığın 30 kq yanıb.


Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Talvar, avtomobilin və pambığın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar