Xəzər Xəbər

Azərbaycandakı dəhşətli hadisədə ölənlərin sayı 4-ə ÇATDI - ADLAR

Hadisə | 10:40 • 1 Oktyabr 2018
Azərbaycandakı dəhşətli hadisədə ölənlərin sayı 4-ə ÇATDI - ADLAR

Dünən səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt şəhərinin Tağıyev qəsəbəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb.

Ağır vəziyyətdə Sumqayıt şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən 1941-ci il təvəllüdlü Tamara İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb. Ondan əvvəl isə Rzayeva Raisa xəstəxanada vəfat etmişdi.

Bildirilir ki, "Mercedes" markalı mikroavtobusun "Shacman" markalı yük maşınına çırpılması nəticəsində sürücü Rövşən Hüseynovla, avtobusda olan Lyuba adlı qadın sərnişin hadisə yerində ölüb. Qəzaya avtobusun sürətlə eyni yük maşınına çırpılması səbəb olub.

Xəbər lenti