Xəzər Xəbər

Müdafiə Sənayesi Nazirliyinin Şirvanda baş verən yanğınla bağlı MƏLUMATI

Hadisə | 15:06 • 28 Sentyabr 2018
Müdafiə Sənayesi Nazirliyinin Şirvanda baş verən yanğınla bağlı

Müdafiə Sənayesi Nazirliyi Şirvanda baş verən yanğınla bağlı məlumat yayıb.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, sentyabrın 28-də saat 10:45 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Araz” zavodunun VIII sahəsinin ərazisində yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparılan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş verib.


Yanğın qısa müddətdə zavodun işçiləri tərəfindən daxili yanğınsöndürmə vasitələri ilə söndürülüb.


Hadisə zamanı zavodun iki əməkdaşı yüngül yanıq xəsarəti alıb. Xəsarət alanlar dərhal Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.


Hadisənin baş vermə səbəbi mütəxəssislər tərəfindən araşdırılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar