Xəzər Xəbər

Güclü dolu kənd təsərrüfatına ziyan vurdu - 15 dəqiqə ərzində

Hadisə | 10:05 • 19 Sentyabr 2018
Güclü dolu kənd təsərrüfatına ziyan vurdu - 15 dəqiqə ərzində

Zaqatalaya dolu yağıb, kənd təsərrüfatına ziyan dəyib

Zaqatala rayonuna yağan güclü dolu kənd təsərrüfatına ziyan vurub.

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, sentyabrın 18-i axşam saatlarından başlayaraq 19-u səhər saatlarına kimi rayon ərazisində qeyri sabit hava şəraiti höküm sürüb. Fasilələrlə rayon ərazisinə yağış yağıb. Sentyabrın 18-i gecə saat 23 radələrində rayonun Yuxarı Tala, rayon mərkəzinin Qaladüzü adlanan ərazisinə və dağətəyi yaşayış kəndlərinin bəzi ərazilərinə 10-15 dəqiqə ərzində güclü dolu yağıb. Yağan dolu nəticəsində sakinlərin həyətyanı əkin sahələrinə, meyvə bağlarına və rayonun kənd təsərrüaftına ziyan dəyib.

Xəbər lenti

Çox oxunanlar