Xəzər Xəbər

Bakıda qadın yoxa çıxan ərini axtarır

Hadisə | 16:18 • 13 Sentyabr 2018
Bakıda qadın yoxa çıxan ərini axtarır

Bakıda 68 yaşlı kişi itkin düşüb.

Xətai rayonu Zığ yolu küçəsində yaşayan 55 yaşlı İlhamə Nəzərova (adlar şərtidir) 36-cı Polis Bölməsinə müraciət edərək həyat yoldaşının itkin düşdüyünü bildirib. Qadın qeyd edib ki, birlikdə yaşadığı həyat yoldaşı, 68 yaşlı Yusif Nəzərov 2 gün əvvəl mənzili tərk edib və ondan xəbər tutmaq mümkün olmayıb.

İ.Nəzərova həyat yoldaşının fotosunu və xarakterik əlamətlərini polisə təqdim edib.

Axtarış tədbirləri həyata keçirilir./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti