Xəzər Xəbər

Ağsuda ata və oğlunu avtomobil vurub

Hadisə | 09:36 • 6 Sentyabr 2018
Ağsuda ata və oğlunu avtomobil vurub
Ağsu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.


Hadisə axşam saatlarında, "Gəgəli dayanacağı" adlanan ərazidə qeydə alınıb.


Belə ki, Binə qəsəbəsi sakini, 1979-cu il təvəllüdlü Fərzəliyev Namiq Atamoğlan oğlunu və onun azyaşlı övladı Fərzəliyev Adəm Namiq oğlunu avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Daha sonra onlar Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər lenti

Çox oxunanlar