Xəzər Xəbər

Azərbaycanda toy kərvanı qəzaya düşdü - sürücü öldü, 14 nəfər yaralandı

Hadisə | 17:50 • 28 Avqust 2018
Azərbaycanda toy kərvanı qəzaya düşdü - sürücü öldü, 14 nəfər yaralandı

Gədəbəydə qəzaya uğrayan mikroavtobusun sürücüsü hadisə yerində ölüb.


Qəza nəticəsində 14 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.


Yaralılar xəstəxanaya yerləşdirilib.


Məlumata görə, mikroavtobus toy karvanında hərəkət edirmiş.


***


Gədəbəy rayonunda ağır yol qəzası baş verib.


Hadisə Şəmkir-Gədəbəy avtomobil yolunda qeydə alınıb.


Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilib.


Faktla bağlı araşdırma aparılır./report

Rubrikanın digər xəbərləri

Xəbər lenti